Londonda BBC-nin şərhçisi Con Hantın həyat yoldaşı və iki qızı arbaletlə güllələnib.
"Unikal" xəbər verir ki, bu barədə "Times" qəzeti məlumat yayıb.
İyulun 9-da axşam saatlarında 61 yaşlı Kerol Hant və onun iki qızı - 25 yaşlı Luiza və 28 yaşlı Hanna ağır yaralı halda öz evlərində tapılıb.
Hadisə yerinə gələn təcili yardım briqadası qadınların öldüyünü müəyyən edib.
Con Hant ailəsinin qətli zamanı Londonun cənubundakı "Lingfield Racecourse"da at yarışını şərh edirmiş.
Polis Enfild rayonunda yaşayan 26 yaşlı Kayl Kliffordu axtarır.
Qətlin motivi məlum deyil.
BBC News-a görə, Klifford 2022-ci ildə Britaniya Ordusunda qısa müddətə xidmət edib. Onun Hunt ailəsini tanıyıb-tanımadığı dəqiq bilinmir.
Məlumata görə, bəzi şəhər məktəblərində insidentlə bağlı məhdudiyyətlər tətbiq edilib.