ABŞ təhlükəsizlik agentlikləri keçmiş prezident Donald Trampın mitinqinin keçirildiyi məkanın yaxınlığında damda silahı olan şəxs barədə vətəndaşların müraciətinə cavab verməyib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ ordusunun keçmiş zabiti Skott Bennet mediaya açıqlamasında deyib.

“Məxfi Xidmət təəccüblü dərəcədə - şübhəli olmasa da, prezidenti qorumaqda ləng davrandı, necə ki, Texasda güllələnən prezident Con Kennedini müdafiə etməkdə ləng davrandılar”, - deyə o əlavə edib.

Hadisə şahidlərindən biri atışmadan 5 dəqiqə əvvəl şübhəli şəxs barədə polisə məlumat verdiyini, lakin buna məhəl qoyulmadığını bildirib.

Qeyd edək ki, Trampa sui-qəsd cəhdi nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. ABŞ prezidentliyinə namizədin qulağı cızılıb və atəş açan şəxs də zərərsizləşdirilib.