Türkiyənin Adana şəhərində güclü yağış və külək nəticəsində ağaclar kökündən qopub, tikinti sahəsində qaldırıcı kran aşıb.
"Unikal" İHA-ya istinadən xəbər verir ki, axşam saatlarında başlayan yağış və güclü külək həyatı iflic edib. Leysan yağışlar və külək nəticəsində kökündən qopan ağaclar dayanmış avtomobillərin üzərinə aşıblar.
Tikinti meydançasında kran aşıb və xoşbəxtlikdən onun altında heç kim qalmayıb. Qısa sürən yağış və külək xüsusilə mərkəzi Çukurova rayonunda bir anda ortalığı döyüş meydançasına çevirib.