Sabah Yeni Azərbaycan Partiyasının (YAP) İdarə heyətinin iclası keçiriləcək. 

"Unikal"ın əldə etdiyi məlumata görə, iclasda partiyanın növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin adları açıqlanacaq. 

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri cari ildə sentyabrın 1-də keçiriləcək.

Seymur Əli