Ermənistandan Azərbaycana keçmək niyyətində olan Çexiya vətəndaşı Baça Daniel Vladimir Ali Məhkəməyə müraciət edib.
"Unikal" xəbər verir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə keçiriləcək məhkəmə iclasında kassasiya şikayətinə baxılacaq.
Xatırladaq ki, Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Baça 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Daniel Baça cinayət işi çərçivəsində Ermənistan-Azərbaycan dövlət sərhədini qanunsuz keçərkən saxlanılıb, ona qarşı Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) ilə ittiham irəli sürülüb.