Banqladeş polisi Dəkkədə iğtişaşlar zamanı həqiqi güllələrdən istifadə edib.
"Unikal" xəbər verir ki, bu barədə "France-Presse" agentliyi məlumat yayıb.
"Banqladeş polisi paytaxt Dəkkədə nümayişçilərə həqiqi güllə atıb", - agentliyik qeyd edib.
Tətbiq edilən komendant saatına baxmayaraq minlərlə insan nümayiş keçirir. Xatırladaq ki, iyulun 1-də Banqladeşdə tələbə etirazları başlayıb. Əvvəlcə dinc keçirilən etiraz iğtişaşlara və polislə toqquşmaya çevrilib.
Narazılığa səbəb gənclər arasında işsizliyin 40%-ə çatması fonunda ölkənin Ali Məhkəməsinin dövlət müəssisələrində iş yerlərinin 30%-nin 1971-ci il müharibəsi iştirakçılarının qohumlarına ayrılan kvotalar müəyyən etməsidir.
Daha sonra, davam edən iğtişaşlar fonunda ölkə interneti məhdudlaşdırılıb, komendant saatı tətbiq edilib və ordu yerləşdirilib. Etirazlar fonunda 105 nəfər həyatını itirib.