İsti havalarda dezodorant zərurət kimi görünsə də, həqiqətən tərləməyən bir qrup insan var. Maraqlıdır, görəsən, niyə bu insanlar heç vaxt tərləmirlər?
"Unikal" xəbər verir ki, bu şanslı insanlar ABCC11 gen mutasiyasına malik olanlardır; çünki bu genə sahib olanlarda bədən qoxusu demək olar ki, əmələ gəlmir.
Şərqi Asiyalıların 80-95 faizi bu genə sahibdirlər. Bu, ABCC11 mutasiyası sayəsindədir. ABCC11 mutasiyası ən çox Yapon, Çin və Koreyalılar arasında rast gəlinir, lakin Filippindəki bəzi insanlar arasında da müşahidə olunur. Ancaq bədən qoxusunda ABCC11 genindən əlavə yaş, cins, iqlim, gigiyena və kosmetik məhsullar da rol oynayır.
Britaniyalı dermatoloq Dr. Madalyn Nguyen özü də daxil olmaqla Şərqi Asiya mənşəli olanlar haqqında belə deyib: "Bu, daha az kəskin və daha az yayılmış gendir".
Dr. Nguyen, bədən qoxusunun ilk növbədə qoltuqaltı və qasıq bölgələrində yerləşən apokrin tər vəziləri ilə əlaqəli olduğunu izah edib.
ABCC11 genində mutasiya olmayanlar üçün bu zülal tər vəzilərində yağ birləşmələrinin və ya lipidlərin hüceyrələrdən tərə daşınmasına kömək edir. Dəridəki bakteriyalar bu lipidləri daha yağlı, qalın tərdə parçalayır və bədən qoxusunu yaradır; lakin mutasiyaya malik olanlar üçün zülal bu şəkildə işləmir.
2010-cu ildə "Journal of Investigative Dermatology"də dərc edilən bir araşdırmaya görə, Şərqi Asiyalıların əksəriyyətində bu mutasiya olsa da, Avropa və Afrika əhalisinin yalnız 3 faizində bu genə sahib insanlar var.