Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasına səfər edib.

"Unikal" xəbər verir ki, Türkiyə lideri səfər çərçivəsində Kipr Sülh Hərəkatının 50-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak edib. Səfəri zamanı Ərdoğana özəl hazırlanmış tablo təqdim olunub. 

Anası Tənzilə Ərdoğanla portretini əks etdirən filoqrafiya tablosu Prezidenti kövrəldib. Məlumata görə, özəl tablonun hazırlamasında 380 mismar və 7387 metr ipdən istifadə edilib.