İsrail Hərbi Hava Qüvvələrinin Yəmənin Hudeyda şəhərinin limanına hücumu nəticəsində azı 3 nəfər həlak olub, 15 nəfər isə yaralanıb. 

"Unikal" xəbər verir ki, bu barədə “Al Hadath” məlumat yayıb.

***21:18

Ənsar Allah (Husi) hökumətinin Səhiyyə Nazirliyi İsrailin Yəmənin qərbindəki Hudeyda liman şəhərindəki neft anbarlarına hava zərbələri endirib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, insident nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər yaralanıb.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri Hudeydaya da 10 hava zərbəsi endirib.