ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson hazırkı prezident Co Baydeni istefaya çağırıb.
"Unikal" xəbər verir ki, onun çağırışı "X" sosial şəbəkəsində dərc olunub.
“Əgər Bayden prezidentliyə namizəd ola bilməzsə, o, dərhal istefa verməlidir. Bayden hazırkı administrasiyanın “uğursuz siyasətlərinin ortağı” olan vitse-prezident Kamala Harrisə yol verərsə, Demokratların noyabr seçkilərindəki perspektivləri yaxşılaşmayacaq. Əslində, o, Bayden administrasiyasının fəlakətli siyasi uğursuzluqlarının həmmüəllifidir", - deyə Nümayəndələr Palatasının spikeri qeyd edib.