Adıyaman şəhərinin Menzil kəndində avtobus dayanacaqları diqqət çəkib.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, kənddə avtobus dayanacaqları kişilər və qadınlar üçün ayrıdır. Bununla yanaşı, qadın və kişilərin avtobuslara ayrı-ayrı qapılardan minib-düşdüyü də bildirilib. Qadınların avtobusa arxa qapıdan, kişilərin isə ön qapıdan mindiyi öyrənilib.
Məsələ ilə bağlı aidiyyatı qurumlar açıqlama verməyib. Bildirilir ki, bu, kənd camaatının istəyinə uyğun olaraq quraşdırılıb.