ABŞ-nin keçmiş lideri Donald Tramp prezident seçkilərində qalib gələrsə, Ukrayna prezidenti Volodimir Zelenskini istefaya məcbur edəcək.
"Unikal" xəbər verir ki, bunu Ali Radanın deputatı Yevgeni Şevçenko bildirib.
"Düşünürəm ki, o, prezidentimizi istefaya məcbur edəcək", - o, "Telegram" kanalında etiraf edib.
Bundan əlavə, Şevçenkonun sözlərinə görə, Tramp Ukraynanın yeni prezidentini “qarşılıqlı güzəştlərlə” sülh sazişi imzalamağa məcbur edəcək. Deputat Kiyevin nə NATO-ya, nə də Avropa Birliyinə qəbul edilməyəcəyini də proqnozlaşdırıb.
Gülayə Mecid