Türkiyənin tanınmış yazıçısı Ferih Edgü vəfat edib.

"Unikal" Türkiyə KİV-inə istinadən xəbər verir ki,  o, 88 yaşında dünyasıını dəyişib. F.Edgünün ölüm səbəbi məlum deyil.

F. Edgü “Kimsə”, “O” kimi romanların, “Hakkaridə bir mövsüm” ssenarisinin, “Bütün dərs qeydləri”, “İndi saat neçədi?”, “Yeni dərs qeydləri”, “Davam” kimi esselərin müəllifidir. Əsərləri bir çox dilə tərcümə olunub.