Respublikaçı Donald Trampın qələbəsi Ukraynada müharibənin bitməsinə kömək edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ prezidentlik yarışında baş verən son hadisələri şərh edərkən deyib.
"Əlbəttə, biz heç kimin seçkilərinə, xüsusən də ABŞ kimi böyük bir ölkənin prezident seçkilərinə müdaxilə edə bilmərik. Bu, bizim işimiz deyil. Təkcə onu demək olar ki, Tramp seçkidə qalib gəlsə, Ukraynada müharibə daha tez bitəcək. Ona görə də regionumuz daha tez sakitləşəcək. Regionda sülh olsa, Gürcüstana münasibət də dəyişəcək. Bu barədə deyiləcək hər şey budur, qalanı Amerika xalqının seçimidir. Amerika xalqı kimin prezidenti olacağına qərar verməlidir", - Gürcüstanın baş naziri deyib.
Ağarza Elçinoğlu