Sumqayıtda küçədə 69 yaşlı kişinin meyiti tapılıb.
"Unikal" xəbər verir ki, hadisə 34-cü məhəllədə qeydə alınıb.
1955-ci il təvəllüdlü Əli Hüseyn oğlu Rzayev küçədə qəfil halı pisləşərək ölüb. Onun ürək tutmasından öldüyü ehtimal olunur.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.