Rumıniyada anomal istidən sonra quraqlıq başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Rumıniya radiosu məlumat yayıb.
Məlumata görə, ölkənin 449 yaşayış məntəqəsində (ümumi yaşayış məntəqəsinin 15%-i), o cümlədən Dorohoi, Tarqu Neamt, Tarqu Ocna, Roman, Pascani, Hirlau və qismən də mərkəzi su təchizatı olan İasi şəhərlərində suyun verilməsində məhdudiyyətlər tətbiq edilib. Mərkəzi su təchizatının olmadığı, yalnız ayrı-ayrı su mənbələrinin olmadığı 251 yaşayış məntəqəsində quyular quruyub. Quraqlıqdan ən çox əziyyət çəkən rayonlar Botosani, İasi, Alba və Qorj olub.
“Rumıniya Suları” milli administrasiyasının nümayəndələri əhalini suyu, xüsusən də içməli suyu rasional istehlak etməyə çağırırlar.