18 yaşadək basketbolçu oğlanlardan ibarət Azərbaycan millisi sabah Avropa çempionatında mübarizəyə başlayacaq.
"Unikal" xəbər verir ki, yığmamız C divizionunda 12 oyunçu ilə mübarizə aparacaq.
Baş məşqçi Anar Sarıyev turnirdə Maqsud Hümmətov, Tariyel Yusifzadə, Orxan Süleymanlı, Murad Babayev, Məhəmməd Hüseynli, Huseyin Əsgərli, Əlikamran Məmmədov, Ramazan Qarayev, Hüseyn Qaflanov, Rafael Ağayev, Derin Berkoz və Hüseyn Məmmədova güvənəcək. Komandamız B qrupunda Moldova və Ermənistanla üz-üzə gələcək.
Qeyd edək ki, çempionat Albaniyada keçiriləcək.