Sel suları səbəbindən Quba rayonunun Küpçalqışlaq kəndinə giriş-çıxış məhdudlaşıb.
"Unikal"ın Şimal bürosunun məlumatına görə, Qudyalçay çayına gələn güclü sel Küpçalqışlaq kəndinin əsas yolunu uçurub. Eyni zamanda, çayın kənarında olan yüksək gərginlikli elektrik xəttlərini də aşırıb.
Hazırda kəndə giriş-çıxışı təmin etmək üçün alternativ yollar axtarılır.
Xanlar Qaraca