Tacikistan İslam Mərkəzinin Üləmalar Şurası (ilahiyyatçılar) ölkədəki qadınlara “milli mədəniyyətə və dinə yad” paltar geyinməkdən çəkinməyi tövsiyə edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qadınlara hicabdan əlavə dar, şəffaf, qara və açıq-saçıq geyimlər də qadağan edilib.
Tövsiyə xarakterli məktubun mətnində Qurandan iqtibaslar verilib. Şuranın məlumatına görə, qadın geyimi tacik qadınlarının qədim zamanlardan geyindiyi baş örtüyü, köynək və ətəkdən ibarət olmalıdır.
Gülayə Mecid