Gəncədə çaydan meyiti taplan qadının ölməsinin bəzi təfərruatları məlum olub.
"Unikal"ın əldə etdiyi məlumata görə, 2007-ci il təvəllüdlü F.Əmiraslanovanı bu gün Gəncə çayında sel aparıb.
Qeyd edək ki, çaydan meyiti aşkarlanan qadın şəhər ərazisində dilənçilklə məşğul olurmuş.
Faktla bağlı araşdırma aparılır.
XXX
21:53
Gəncədə çaydan qadın meyti tapılıb.
"Unikal"ın məlumatına görə, görə hadisə Gəncə çayının şəhər ərazisindən keçən hissəsində baş verib. Belə ki, çayda gənc qadının meyiti aşkarlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inpektoru, polis mayoru Eşqin Qasımov hadisə haqqında "Unikal"ın sorğusuna cavab verib.
O bildirib ki, iyul ayının 30-da saat 18 radələrində Gəncə çayının şəhərin mərkəzindən keçən hissəsində qadın meyitinin olması barədə polisə məlumat daxil olub.
Polis əməldaşları əraziyə gələrək müvafiq araşdırmalar həyata keçirib. İlkin baxış zamanı üzərində zorakılıq izləri aşkarlanmayan meyitin Yevlax şəhər sakini 2007-ci il təvəllüdlü F. Əmraslanova olması müəyyən edilib. Meyit eksperrizaya təqdim edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Tural Əhmədov