ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Benyamin Netanyahu cümə axşamı keçirilən telefon danışığında yəhudi dövlətinin müdafiəsini gücləndirmək, o cümlədən Amerika qoşunlarının yerləşdirilməsi üzrə tədbirləri müzakirə ediblər.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
"Prezident İsrailin HƏMAS, Hizbullah və Husilər də daxil olmaqla, İrandan gələn bütün təhlükəsizlik təhdidlərinə sadiqliyini bir daha təsdiqləyib”, - sənəddə deyilir.
Bayden "bölgədə gərginliyi azaltmaq üçün davamlı səylərin vacibliyini vurğulayıb". Bundan əvvəl Amerikanın "Axios" portalı mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ İran və müttəfiqlərinin hücumunu dəf etmək üçün yaxın günlərdə İsrailə kömək edəcək. Portalın məlumatına görə, iyulun 31-də Amerika kəşfiyyatı İranın planlaşdırdığı hücumla bağlı məlumat almağa başlayıb.
Bayden administrasiyası əmindir ki, İran HƏMAS siyasi bürosunun rəhbərinin Tehranda öldürülməsinə cavab olaraq yaxın bir neçə gün ərzində İsrailə hücum etmək niyyətindədir.