Böyük Britaniyada uşaqlara bıçaqlı hücumdan sonra miqrantlara qarşı etirazlar davam edir.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, nümayişçilər kütləsi Roterham şəhərində miqrantların qaldığı iddia edilən hoteli dağıdıb yandırıblar.
“Holiday Inn Express” binasının yaxınlığında polislə toqquşmalar zamanı təhlükəsizlik qüvvələrinə daş, stul və butulkalar atılıb.
*** 16:12
Böyük Britaniyada miqrant axınına qarşı etirazlar zamanı baş verən iğtişaşlar zamanı 90-dan çox insan həbs edilib.
"Unikal" Britaniyanın “Sky News” telekanalına istinadən xəbər verir ki, etirazlar bir gün əvvəl Bristol, Lids, Sanderland və Blekpul, həmçinin Stok-on-Trent, Mançester və Hallda keçirilib. Ancaq telekanalın məlumatına görə, ən şiddətli toqquşmalar Liverpulda baş verib, burada iki polis əməkdaşı çənə və burun sınığı ilə xəstəxanaya aparılıb.
Liverpulun yerləşdiyi Mersisayd qraflığının polisi, etirazçıların polislərə hücum etdiyini və kərpic və şüşə də daxil olmaqla müxtəlif əşyalar atdıqlarını, polis qalxanlarını yıxmağa çalışdıqlarını bildirib.
Xatırladaq ki, etirazlar iyulun 29-da 17 yaşlı yeniyetmə Aksel Rudakubanın uşaq rəqs seminarı zamanı bıçaqla hücum etdiyi İngiltərənin Sautport şəhərindəki qanlı hadisə fonunda baş verir. İnsanlar qanunsuz mühacirlərin axınına qarşı çıxırlar, çünki bəzi məlumatlara görə cinayətkar miqrant idi.