Xəbər verdiyimiz kimi, avqustun 5-də səhər saatlarında Bərdə rayonu Kələntərli kəndində 1991-ci təvəllüdlü İbrahimova Sədaqət Rauf qızı qayını tərəfindən baltalanaraq qətlə yetirilib. 

"Unikal"ın məlumatına görə, hadisə ailə münaqişəsi zəminində törədilib. 

Sədaqət İbrahimova azyaşlı qızının gözləri qarşısında öldürülüb. 

Qadının qayını 1995-ci il təvəllüdlü İbrahimov Azər Rəşid oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.