"Qarabağ" açıq futbol oynayırdı.
"Unikal" xəbər verir ki, bunu "Ludoqorets"in (Bolqarıstan) baş məşqçisi Georgi Dermenciyev UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ"la ilk matçından sonra mətbuat konfransında deyib.
69 yaşlı mütəxəssis 2:1 hesabı ilə qalib gəldikləri görüşü dəyərləndirib:
"Öz səhvimizdən rəqibə qol imkanı yaratdıq. Futbolçumun ayağının iki tərəfdən sınmasına görə məyusam. "Qarabağ" hücuma çox futbolçu ilə çıxırdı. Bu səbəbdən əks-hücumlara üstünlük verirdik. Mübarizə hələ bitməyib. Oyunun davamı Bolqarıstanda olacaq. İki futbolçumun olmaması bizim üçün itkidir".
Qeyd edək ki, "Ludoqorets" və "Qarabağ" arasında cavab görüşü avqustun 13-də "Ludoqorets Arena"da gerçəkləşəcək.