Laçın rayonunda 2022-ci ildə itkin düşərək həlak olan hərbçi Firdovsi Abdullayevin meyitinin qalıqları Gəncənin şəhidlər xiyabanında dəfn edilib.

*** 10:52

Laçın rayonunda 2022-ci ildə itkin düşərək həlak olan hərbçi Firdovsi Abdullayevlə Gəncə şəhərində vida mərasimi keçirilir.

"Unikal"ın Gəncə müxbirinin verdiyi məlumata görə, vida mərasimi onun ailəsinin yaşadığı Gəncə şəhərində Məhsəti qəsəbəsində baş tutub. Mərasimdə Firdovsi Abdullayevin ailə üzviləri, hərbiçilər, qazilər və şəhid ailələri  iştirak edirlər.

Mərasimdən sonra  Firdovsi Abdullayevin  meyitin qalıqları Gəncənin şəhidlər xiyabanında dəfn ediləcək.

Firdovsi Abdullayev 2003-cü ildə  Goranboy rayonun Qaradağlı kəndində anadan olub. Hazırda ailəsi Gəncədə yaşayır.

Tural Əhmədov