Yaponiyada daha bir güclü zəlzələ qeydə alınıb. 

"Unikal" xəbər verir ki, Miyazaki şəhərində baş verən 6,9 bal gücündə zəlzələdən sonra ölkənin qərb hissəsində daha 7,1 bal gücündə zəlzələ baş verib.

Sürətli qatarların hərəkəti dayandırılıb. Yaponiyanın cənub-qərbi üçün sunami xəbərdarlığı edilib.

*** 11:58

Yaponiyanın cənub-qərbindəki Miyazaki şəhərində 6,9 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, zəlzələdən sonra sunami xəbərdarlığı edilib.

Zərifə Nağıyeva