Qəbələ rayonunda çay kənarında avtomat və patronlar aşkarlanıb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə çay kənarından “Kalaşnikov” markalı avtomat, 3 ədəd həmin silaha məxsus daraq və 1089 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.