Sumqayıtda baş verən avtomobil qəzasında ölən sürücünün şəxsiyyəti məlum olub.

"Unikal" xəbər verir ki, bu, 1991-ci il təvəllüdlü Elşad Məhəmmədəli oğlu Musayevdir.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi Səməd Vurğun küçəsində qeydə alınıb. "Lexus" markalı avtomobil aşıb. Sürücü hadisə yerindəcə ölüb.

***

02:10

Sumqayıtda avtomobil ağaca çırpılaraq aşıb, sürücü hadisə yerində ölüb.

"Unikal" xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb. İdarəetməni itirən “Lexus” markalı avtomobil yol kənarında ağaca çırpılıb, sürücü ölüb.

Fakt araşdırılır.