2024-cü ilin yanvar-iyun aylarında nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 13 hadisə baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Qeyd olunub ki, nəticədə 5 nəfər həlak olub, 9-u yaralanıb. Hadisələrin 11-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.