Afrikada meymun çiçəyi (mpox) epidemiyası ilə əlaqədar fövqəladə vəziyyət elan olunub.

"Unikal" xəbər verir ki,  bu barədə “Reuters” xəbər yayıb.

Xəstəlik Konqo Demokratik Respublikasından qonşu ölkələrə yayılmağa başlayıb. Konqoda meymun çiçəyi epidemiyası “Clade I” adlanan endemik ştammın yayılması ilə ortaya çıxsa da, sonradan “Clade Ib” kimi tanınan yeni bir variant meydana gəlib. Bu variant xüsusilə uşaqlar arasında yaxın təmas yolu ilə daha sürətlə yayılır.

Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (Africa CDC) keçən həftə virusun yayılma sürətinin ciddi narahatlıq doğurduğu barədə xəbərdarlıq edib.

Bildirilir ki, ilin əvvəlindən Afrika qitəsində bu xəstəliyə 15 mindən çox insan yoluxub və epidemiyadan 461 ölüm hadisəsi qeydə alınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 160% artım deməkdir.