Bərdə rayonunda qarpızın kanala atılması ilə bağlı paylaşılan görüntülərin təfərrüatları məlum olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Unikal"a bildirilib ki, vətəndaşın qarpızın satılmadığı ilə paylaşılan görüntülər Tik-tokda seyrici toplamaq məqsədi ilə çəkilib. O da məlum olub ki, vətəndaş elə həmin gün 11 tondan artıq məhsulunu bazar dəyərində satıb.
Kanala atılan məhsullar satış üçün yararlı olmayıb.
***
15:40
Bərdə rayonunda vətəndaşlar qarpızları kanala atıblar.
“Unikal” xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Onlar bunu etmələrinə səbəb kimi qarpızların alıcısının olmamasını göstəriblər.