Albert Eynşteyn və Çarlz Darvin kimi elm sahəsində özünü sübut edən yüksək intellektli insanların bəzi ümumi xüsusiyyətləri olub. Bu xüsusiyyətlər qəribə görünsə də, çoxsaylı araşdırmalar bu davranışları yüksək IQ ilə əlaqələndirib.
"Unikal" psixoloqların dahi şəxsiyyətin əlamətləri olduğuna inandıqları yeddi davranışı təqdim edir:
1.Öz-özünə danışmaq
Özünüzlə danışmaq yüksək intellekt əlaməti hesab olunur. Araşdırmalar göstərir ki, öz-özünə danışmaq yaddaş, özünə inam və diqqət kimi koqnitiv faydalar təmin edir.
2.Gec saatlara qədər oyanıq qalmaq
Araşdırmalar gec saatlara qədər oyanıq qalan insanların daha ağıllı olduqlarını göstərmişdir. Gecələrin insan beyninin düşünmək üçün ən ideal vaxt olduğu müəyyən edilib.
3.Xəyal qurmaq
Xəyalpərəstlik çox vaxt diqqətsizlik kimi qəbul edilir. Amma elm adamları belə insanların əslində daha ağıllı və yaradıcı olduqlarını müəyyənləşdiriblər. Tez-tez xəyal quran insanların intellektual və yaradıcı qabiliyyət testlərində daha yüksək bal topladığı bildirilib.
4.Dağınıq mühitdə işləmək
Bəzi insanlar dağınıq otaq və ya masaya dözə bilmirlər. Ancaq yüksək intellektli insanlar buna əhəmiyyət vermir, bəlkə də buna üstünlük verirlər. Aparılan araşdırmalar dağınıq mühitdə çalışa bilən insanların daha yüksək intellektə malik olduqlarını aşkar edib.
5.Çox sual vermək
Davamlı olaraq müxtəlif mövzularla bağlı sual verən insanların daha ağıllı olduqları ortaya çıxıb. Maraq, zəkanın ən çox yayılmış əlamətlərindən biridir. Bu, beyninizin daima ətrafınızdakı dünyanı anlamağa çalışdığına işarədir. Bu həm də o deməkdir ki, siz daim yeni məlumatları öyrənir və saxlayırsınız. Bəzilərinə bezdirici görünə bilər. Ancaq yüksək IQ-ya sahib insanlar üçün bu doymaq bilməyən maraqdır.
6.Özünə qapanıq olmaq
Zəki insanların özünə qapanıq olduqları ortaya çıxıb. Sosial mühitdə daimi söhbətlər və xəbərdarlıqlarla əhatə olunduğunuz zaman diqqəti cəmləmək daha çətin olur.
7.Kitab oxumaq
Kitab oxumağı sevən insanlar yeni məlumatlar, sözlər, mürəkkəb ideyalar və müxtəlif perspektivlər öyrənirlər. Bu, beyin üçün bir məşq kimidir. Bundan əlavə, oxumaq zehni diqqəti, təxəyyülü və başqaları ilə empatiya qurma qabiliyyətimizi gücləndirməyə kömək edir. Çox oxuyan insanlar intellektlərini daim təkmilləşdirirlər, bu da onların yüksək IQ-ya sahib olma ehtimalını artırır.
Zərifə Nağıyeva