Şəkər xəstələrinin qidalanmasında olan məhdudiyyətlərə ciddi əməl olunmalıdır.
"Unikal" xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram səhifəsində nazirliyin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, diabet xəstələrinə şəkəri yüksək olan qidaları azaltmaq tövsiyə olunur:
"Diabet pasiyentlərdə, xüsusilə səhər və gün ərzində yeməklərində lifli qidalara üstünlük verilməsi məsləhətdir, çünki lifli qidalar şəkərin qana dərhal keçərək yüksəlməsinə imkan vermir".
Mütəxəssis-ekspert həmçinin qeyd edib ki, digər vacib amil isə maye balansın qorunmasıdır:
"Çay və qəhvə kimi içkilər yayda sidik qovucu təsirinə görə məsləhət görülmür. Pomidor, qarpız və digər mövsümü qidalar maye və mineral balansın təmin olunmasında faydalıdır".