Bakıda tıxac olan yolların adları açıqlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət: 

 1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

 2. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

 3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

 4. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

 5. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

 6. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

 7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

 8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

 9. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

 10. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

11. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 12. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

 13. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

 14. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

 15. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;

 16. Bülbül prospekti, "Sahil" metro stansiyasının qarşısında sıxlıq müşahidə olunur.