Moskva prokuroru Denis Popov vəzifəsindən istefa verib. 

"Unikal" xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb. 

Məlumata görə, o, artıq idarənin əməkdaşları ilə vidalaşıb. Popov bu vəzifəyə 2019-cu ilin sentyabrında təyin edilib.

"Paytaxt prokuroru təqaüdə çıxması ilə əlaqədar istefa ərizəsi verib. Vəzifədən azad olunma haqqında fərmanı dövlət başçısı imzalamalıdır", - deyə qeyd olunub. 

Popov hazırda rəsmi məzuniyyətdədir, onun vəzifələrini müvəqqəti olaraq birinci müavini Sergey Savenkov yerinə yetirir.

Ağarza Elçinoğlu