Ukrayna qoşunları Rusiyanın Kursk vilayətində daha 1-3 kilometr irəliləyib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Prezident Volodimir Zelenski ilə görüşdə bildirib.
“Qoşunlar bəzi istiqamətlərdə 1-3 km məsafədə düşmənə doğru irəliləyir. Bütün cəbhə xəttində döyüşlər davam edir. Ümumilikdə vəziyyət nəzarət altındadır”, - o əlavə edib.
Sırski, həmçinin Ukrayna sərhədindən təxminən 11,5 km aralıda yerləşən Malaya Loknya kəndi ərazisində döyüşlərin getdiyini və rus əsgərlərinin əsir götürüldüyünü bildirib.