Amerikalı iş adamı İlon Mask "Tesla" şirkətinin "Cybertruck" elektrik avtomobilini Çeçenistan rəhbəri Ramzan Kadırova verməsi ilə bağlı məlumatı təkzib edib.

"Unikal" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.

Mask “X” sosial şəbəkəsində istifadəçilərdən birinin paylaşımına münasibət bildirərək: “Siz doğurdan da, o qədər axmaqsınız ki rusiyalı generala Cybertruck hədiyyə etdiyimi hesab edirsiniz?”, - deyib. 

Avqustun 17-də Kadırov Maskdan elektromobil aldığını və artıq onu sınaqdan keçirdiyini açıqlayıb. O, həmçinin avtomobilin xüsusi hərbi əməliyyatda iştirak edən əsgərlərə veriləcəyini bildirib və Maskı Qroznıya səfərə dəvət edib.

Gülayə Mecid