Putinin səfəri zamanı qəbul edilən sənədlər Rusiya ilə Azərbaycan arasında münasibətlərin dostluq və müttəfiqlik xarakterini təsdiqləyir.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi birgə mətbuat konfransında deyib.
"Bu gün qəbul edilmiş sənədlər, o cümlədən, ilk növbədə [Azərbaycan və Rusiya Federasiyası] prezidentlərinin birgə bəyannaməsi münasibətlərimizin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir", - deyə Prezident bildirib.
Ölkə lideri qeyd edib ki, bütün Cənubi Qafqaz regionunun sabitliyi Azərbaycanla Rusiya arasındakı münasibətlərdən asılıdır.
Ağarza Elçinoğlu