"Potensial olaraq Azərbaycan çox zəngindir".
"Unikal" xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov erməni KİV-ə açıqlamasında deyib.
Politoloq qeyd edib ki, Azərbaycanın neft və digər mənbələri var: "Ermənistanın, Qərbin, Aİ-nin potensial partnyorlarına gəlincə, onlar çox uzaqdadırlar və Ermənistana deklorativ bəyanatlardan, bəzi cüzi maliyyə yardımlarından və ola bilsin ki, hərbi dəstəkdən başqa heç nə təklif edə bilməzlər. Və bu regionda hər şeyi real gücə və hadisələrin gedişatını formalaşdırmaq qabiliyyətinə malik olan dövlət və ya struktur müəyyən edir. Belə bir quruluş, belə bir dövlət Rusiyadır. Türkiyənin təsirini və hazırda Azərbaycan-İran münasibətlərində yeni aktor olduğunu nəzərə alsaq, xüsusən də İranda keçirilən prezident seçkilərində etnik azərbaycanlının qalib gəlməsini nəzərə alsaq, bu, yeni üfüqlər açır. Əliyevin buradakı rolu kifayət qədər mürəkkəbdir. Türk dünyasına rəhbərliyi Ankara yox, Azərbaycan edə bilər... Burada çoxlu ssenarilər və imkanlar açılır və buna görə də Putinlə Əliyev arasında danışıqlar ciddi və strateji xarakter daşıyır.
Erməni jurnalistin "Putin təkcə Heydər Əliyevin abidəsi önünə deyil, həm də əbədi məşəlin önünə əklil qoydu və baş əydi" cümləsinə cavab verən diplomat bildirib ki, Heydər Əliyev zamanında Putini dəstəkləyib: "Mən sizin hisslərinizi başa düşürəm, amma deməliyəm ki, Heydər Əliyevlə Putinin şəxsi münasibəti olub, Heydər Əliyev Putini dəstəkləyib, onlar eyni kəşfiyyat orqanından çıxıblar. Bir vaxtlar Sovet Azərbaycanının dövlət təhlükəsizlik komitəsi olan DTK-nın rəhbəri olan Əliyev bütün Sovet İttifaqının (Yaxın Şərqdəki) kəşfiyyatına rəhbərlik edirdi.
Rusiya tərəfi üçün bu, protokola uyğunluqdur. Çünki Azərbaycan dövlət səfərləri zamanı bunu diplomatik protokola daxil edib. Təkcə Putin deyil, digər liderlər də, fikir vermisinizsə, bir qayda olaraq, Əliyevin abidəsi və həmin abidə önünə əklil qoyurlar. Və biz bu protokolu pozmamaq qərarına gəldik".
Ağarza Elçinoğlu