Zaqatalada yaşayış evində yanğın qeydə alınıb.

 "Unikal" xəbər verir ki,yanğın hadisəsi ötən gecə rayonun Qımır kənd sakini 1977-ci il təvəllüdlü  Səmədov Elnur İbrahim oğluna məxsus yaşayış evində baş verib.

Hadisə yerinə Zaqatala DYMH nin yanğınsöndürmə texnikaları cəlb olunub.
Ümumi sahəsi 130 k/m olan yaşayış evinin, 70 k/m hissəlik çardağı və içərisindəki əşyaları tamamilə yanıb.

Sözügedən hadisə zamanı xəsarət alan olmayıb.

Seymur Əli