Şamaxıda ölümlə nəticələnən yol qəzası baş verib. 

"Unikal" xəbər verir ki, hadisə günorta saatlarında Şamaxı-Pirqulu avtomobil yolunda qeydə alınıb. Rayonun Əngərxan kənd sakini 16 yaşlı Əsgərov Emil Oktay oğlu idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb.

Qəza zamanı Emil Əsgərov hadisə yerində ölüb.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, baş verən hadisə ilə bağlı cinayət işi açılıb, araşdırmaların sonunda hadisənin dəqiq başvermə səbəbi bəlli olacaq.