Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər.

"Unikal" xəbər verir ki, dövlətimizin başçısının şərəfinə burada fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

Məlumat verilib ki, Özbəkistanın müstəqilliyinin 30 illiyi münasibətilə ucaldılan abidə özbək xalqının üç min illik tarixini əks etdirir. Yeni abidə paytaxt yaxınlığında yerləşən, ölkənin müstəqilliyinin ildönümünə həsr olunan “Yangi Uzbekiston” (“Yeni Özbəkistan”) kompleksinin mərkəzində yerləşir. Altmış metr hündürlüyündə abidə görkəmli şəxsiyyətlərin həyat və fəaliyyəti ilə əlamətdar olan dövrü əks etdirir.

Abidənin üzərində Özbəkistan tarixində qədim vaxtlardan müasir dövrədək baş verən mühüm hadisələr təsvir edilib. Kompleksdə əsasən sərkərdə və döyüşçülərin, alim və mütəfəkkirlərin, maarifçilərin obrazları əks olunub. Müstəqillik abidəsini sülhü, azadlığı, xeyirxahlığı və xoşbəxtliyi tərənnüm edən, qanadları geniş açılmış Humay quşunun obrazı tamamlayır.

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva burada xatirə şəkli çəkdiriblər.

***16:07

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər.

"Unikal" xəbər verir ki, dövlətimizin başçısının şərəfinə burada fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

xxx

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovun müşayiəti ilə “Yeni Özbəkistan” parkında olub.

"Unikal" xəbər verir ki, bu barədə Özbəkistan mətbuatı məlumat yayıb. 

Ölkəmizin lideri parkda Müstəqillik abidəsinin önünə gül dəstələri qoyub.

Komplekslə qısa tanışlıq zamanı Azərbaycan Respublikasının nümayəndə heyətinə bu kompleksin məzmunu və memarlıq həlləri barədə məlumat verilib.

Bildirilib ki, “Yeni Özbəkistan” parkı və Müstəqillik abidəsi müstəqilliyin otuzuncu ildönümünü qeyd etmək üçün salınıb. 

Ağarza Elçinoğlu