Bakıda maşın qaçırılıb.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nərimanov rayonu Ə.Orucəliyev küçəsində “Hyundai” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil Zabrat qəsəbəsi ərazisində tapılıb.

Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən İ.Babayev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.