Şəmkirdə minik maşını ağaca çırpılıb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb. Belə ki, "Passat" maraklı minik maşını idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəza zamanı minik maşını deformasiyaya uğrayıb. Dərhal əraziyə FHN əməkdaşları cəlb olunub. Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü FHN əməkdaşları tərəfindən çıxarılaraq xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır. 

Tural Əhmədov