Mingəçevirdə avtomobil azyaşlı velosipedçini vurub.

"Unikal"ın məlumatına görə, hadisə 20 yanvar küçəsində baş verib. “Volkswagen” markalı minik avtomobili qəfil önünə çıxan velosipedçi oğlan uşağını vurub. Azyaşlı yüngül xəsarət alıb. Ona tibbi yardım göstərilib. 

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov