Daşkəsəndə ildırım elektrik dirəyinin üzərinə düşüb.

"Unikal"ın məlumatına görə, hadisə bu gün saat 17 radələrində rayonun Xoşbulaq kəndində qeydə alınıb.

İldırım düşməsi nəticəsində elektik xəttində yanğın baş verib. Hadisə vaxtı xəsarət alan olmayıb. Xoşbulaq kəndinə elektrik enerjisinin verilməsi dayanıb.

Qeyd edək ki qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.

Tural Əhmədov