Sabirabad rayonunun Suqovuşan kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

"Unikal" FHN-nin saytına istinadən xəbər verir ki, ətraf ərazilər yanğından mühafizə olunub.

Zaqatala rayonunun Əliabad qəsəbəsində ümumi sahəsi 110 m² (hər mərtəbəsi 55 m²) olan ikimərtəbəli 2 otaqlı evin dam örtüyünün taxta atmaları 35 m² sahədə yanıb. Yüksək temperaturdan 2-ci mərtəbədə yerləşən hamam otağının lambirdən ibarət tavanı 10 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Neftçala rayonunun Kürkənd kəndində ümumi sahəsi 144 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin 3 otağının və dam örtüyünün yanar konstruksiyaları 111 m² sahədə, bitişik sahəsi 408 m² olan talvarın taxta atmaları 110 m² sahədə yanıb. Evin və talvarın qalan hissəsi yanğından mühafizə olunub.

Hər üç yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.