Türkiyənin Kuşadası şəhərindəki hotellərdən birində Azərbaycan vətəndaşı Mahir Məmmədovun meyiti tapılıb.
"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, 3 gün əvvəl ailəsi ilə Kuşadasına gələn 50 yaşlı Mahirin meyitini həyat yoldaşı Kəmalə Məmmədova beşulduzlu hotellərdən birində aşkar edib.
Məlumata görə, səhər yeməyindən sonra Mahir otağına qalxıb, həyat yoldaşı və oğlu isə şəhəri gəzməyə gediblər. Onlar hotelə qayıdarkən Mahir Məmmədovun cansız bədəni ilə qarşılaşıblar.
Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri Məmmədovun öldüyünü təsdiqləyiblər. Ölümün səbəbi İzmirdə tibbi ekspertizadan sonra məlum olacaq.
Qeyd edək ki, Mahir Məmmədov Azərbaycanda mühafizə xidmətinin əməkdaşı olub.