"Real Madrid"in futbolçusu Kilian Mbappenin "X" sosial şəbəkəsindəki son paylaşımı pərəstişkarlarını çaşdırıb.
"Unikal" xəbər verir ki, ulduz futbolçunun "X" hesabı oğurlanıb.
Futbolçunun hesabı oğurlandıqdan sonra "X"də kriptovalyuta, memlar və şərhləri təbliğ edən bir sıra yazılar yerləşdirib. Qısa müddət ərzində kriptovalyuta investoru MBAPPE-ni 0,2 SOL-a (29 dollar) alıb. Yalnız üç dəqiqə ərzində investorun depoziti 866,13 SOL-a (125 160 dollar) yüksəlib. 4330x təşkil edən bu kriptovalyuta pul kisəsi bir çox insan tərəfindən Kylian Mbappé-nin hesabına hücum edən şəxs kimi təsvir edilib.
Həmçinin, xakkerler sındırılmış hesabda Messinin ağlayan şəklini paylaşaraq: ”Kristiano Ronaldo dünyanın ən yaxşı futbolçudur"- şərhini yazıblar.
Mbappenin qısa zaman ərzində “X" hesabını geri aldığı bildirilib.
Zərifə Nağıyeva