Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.
"Unikal" xəbər verir ki, K44 kateqoriyasında yer alan idmançı üçüncü yer uğrunda görüşdə tailandlı Thanva Kaenkhamla üz-üzə gəlib.
Rəqibinə 12:3 hesabı ilə qalib gələn idmançımız bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, bu, Azərbaycanın Paris 2024 Yay Paralimpiya Oyunlarında ilk medalı olub.
Paralimpiada sentyabrın 8-də başa çatacaq.
XXX
21:28
Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
"Unikal" xəbər verir ki, K44 kateqoriyasında yer alan idmançı türkiyəli Can Özcanla qarşılaşıb
Rəqibinə qalib gələn 18:23 hesabı ilə məğlub olan Zeynalov qızıl medal qazanmaq şansını itirib.
O, bürünc medal uğrunda görüşdə iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.